Sabah yağış yağacaq

Nərmin Qocamanlı
Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, havanın temperaturu Azərbaycanın rayonlarında da pisləşəcək.

Oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər xəbərlər