Menyu

İndoneziyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Operativ Media
İndoneziyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb
1 dəq oxu

İndoneziyanın Flores bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 04:41-də baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə, 8,33 dərəcə cənub en dairəsi və 120,64 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.

Dağıntı və tələfat barədə açıqlama verilməyib.

Əlaqəli Xəbərlər