Menyu

Dövlət satınalmaları üzrə 509,9 milyon manata qənaət edilib

Operativ Media
Dövlət satınalmaları üzrə 509,9 milyon manata qənaət edilib
1 dəq oxu

Cari ilin ilk 9 ayı ərzində təsdiqlənmiş dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, bəhs olunan dövrdə ümumi qənaət faizi 13,7 faiz təşkil edib. Ümumi qənaət faizi müsabiqə üzrə təsdiqlənmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir.

Qeyd olunan qənaət göstəricisi dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişlənməsi və satınalma predmetləri üzrə daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər