Menyu

Qazaxıstan və Sinqapur cinayət araşdırmalarında bir-birinə kömək edəcək

Şəfa Hüseynli
Qazaxıstan və Sinqapur cinayət araşdırmalarında bir-birinə kömək edəcək
1 dəq oxu

Qazaxıstan və Sinqapur cinayət araşdırmalarında bir-birinə kömək edəcəklər.

Operativ Media xəbər verir ki, Qazaxıstan Qurultayı bu sazişi təsdiqləyib.

Saziş iki ölkənin səlahiyyətli orqanları arasında cinayət işlərinin istintaqı və baxılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə, eləcə də digər tərəfin ərazisində sübutların tez bir zamanda əldə edilməsi və zəruri prosessual hərəkətlərin aparılması üçün hüquqi mexanizmlərin formalaşdırılmasına yönəlib.

Sənədə əsasən, bank hesabları haqqında məlumatların əldə edilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərlə bağlı tədbirlərin görülməsi, müayinələrin aparılması, eləcə də ifadələrin alınması və şəxslərin müvafiq prosessual hərəkətlərdə iştirakının təmin edilməsi şəklində göstərilə bilər.

Əlaqəli Xəbərlər