Menyu

Cəlilabadda məzuniyyətə gələn əsgər intihar edib

Nərmin Qocamanlı
Cəlilabadda məzuniyyətə gələn əsgər intihar edib
1 dəq oxu

Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.

“Operativ Media” xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İntiharın səbəbi hələlik müəyyən deyil.

Faktla bağlı araşdırma aparılır

Əlaqəli Xəbərlər