Menyu

“DH Volley” CEV Çelenc Kubokunda məğlub olub

Operativ Media
“DH Volley” CEV Çelenc Kubokunda məğlub olub
1 dəq oxu

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununu keçirib.

Operativ Media xəbər verir ki, təmsilçimiz bu gün Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Polşanın “LKS Commercecon Lodz” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Setlər 13:25, 18:25 və 22:25 hesabı ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması dekabrın 2-də Polşada keçiriləcək.

Əlaqəli Xəbərlər