Menyu

Rəsmi Bakı Misirə başsağlığı verib

Operativ Media
Rəsmi Bakı Misirə başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi Misirə başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

"Misirin Giza Qubernatorluğunda yanacaq daşıyan yük maşınının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və çoxlu sayda insanın yaralanması ilə nəticələnən faciəvi yanğın bizi dərindən kədərləndirdi.

Həyatlarını itirənlərin ailələrinə, eləcə də Misir Ərəb Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Bütün yaralıların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər