Menyu

Tramp Putini "hərbi təcavüzü" dayandırmağa çağırıb

Operativ Media
Tramp Putini "hərbi təcavüzü" dayandırmağa çağırıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Çində apardığı danışıqlar zamanı onu Avropada hərbi təcavüzü dayandırmağa çağırdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

ABŞ lideri bildirib ki, görüş zamanı Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının tezliklə əldə olunacağına ümid etdiyini də ifadə edib.

“Çində Putinlə söhbətlərim zamanı Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzün dayandırılmasını istədiyimi dedim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək mümkün olacaq və bu, tezliklə baş verəcək”, – deyə Tramp qeyd edib.

O, sülh razılaşmasının əldə olunmasını real perspektiv hesab etdiyini vurğulayıb. Trampın sözlərinə görə, hər ay minlərlə insanın həlak olduğu münaqişənin dayandırılması bütün tərəflər üçün böyük nailiyyət olardı.

ABŞ Prezidenti, həmçinin ötən axşam Mar-a-Laqo iqamətgahında NATO-nun Baş katibi Mark Rütte ilə görüşdüyünü bildirib. O qeyd edib ki, görüş zamanı alyans rəhbərinə Putinlə apardığı danışıqlar barədə məlumat verib.

Əlaqəli Xəbərlər