Menyu

AZAL 2050-ci ilədək emissiyaları sıfıra yaxınlaşdırmağı hədəfləyir

Operativ Media
AZAL 2050-ci ilədək emissiyaları sıfıra yaxınlaşdırmağı hədəfləyir
1 dəq oxu

“Azərbaycan Hava Yolları” QSC 2050-ci ilədək xalis sıfır və ya sıfıra yaxın emissiya səviyyəsinə keçməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə AZAL-ın 2025-ci il üzrə dayanıqlılıq hesabatında bildirilib.

Qeyd olunub ki, aviaşirkət ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyasının hazırlanmasını yekunlaşdırıb və uzunmüddətli emissiyaların azaldılması planını formalaşdırıb.

Strategiya çərçivəsində aviasiya fəaliyyətinin ətraf mühitə təsirinin azaldılması, daha səmərəli texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin fəaliyyətə inteqrasiyası nəzərdə tutulur.

Əlaqəli Xəbərlər