Menyu

ABŞ-də 360-dan çox aviareys ləğv edilib

Operativ Media
ABŞ-də 360-dan çox aviareys ləğv edilib
1 dəq oxu

ABŞ-nin bir sıra bölgələrində müşahidə olunan güclü qasırğalar ölkədə bayram hazırlıqlarına və hava nəqliyyatına ciddi təsir göstərib.

Operativ Media xəbər verir ki, ölkənin şərq və qərb sahillərində əlverişsiz hava şəraiti hökm sürür.

Güclü yağış, külək və sahilyanı ərazilərdə ciddi daşqınların baş verəcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, bu gün ABŞ ərazisində 360-dan çox aviareys ləğv edilib, 460-dan çox uçuş isə gecikib. Bir gün əvvəl isə 6 mindən artıq reys gecikmə ilə həyata keçirilib.

Şərq sahillərində formalaşan güclü qasırğanın ABŞ-nin cənub-şərq və şərq bölgələrində intensiv yağışlara, güclü küləklərə və sahilyanı daşqınlara səbəb olacağı gözlənilir.

Əlaqəli Xəbərlər