Menyu

İran Küveytə dron zərbəsi endirib

Operativ Media
İran Küveytə dron zərbəsi endirib
1 dəq oxu

Küveytdə strateji əhəmiyyətli obyektlərdən birinə hücum nəticəsində dörd nəfər yaralanıb. Küveyt ordusu hücumun İran tərəfindən həyata keçirildiyini bildirib.

Operativ Media xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü polkovnik Səud Əbdüləziz əl-Ətvanın sözlərinə görə, silahlı qüvvələr ölkənin hava məkanında düşmən pilotsuz uçuş aparatlarını aşkarlayaraq zərərsizləşdiriblər.

Onun sözlərinə görə, hücum nəticəsində bir Küveyt, iki İtaliya və bir Pakistan vətəndaşı yaralanıb, həmçinin maddi ziyan dəyib.

“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə isə İtaliya vətəndaşları aldıqları yaralardan ölüblər.

Əlaqəli Xəbərlər