Menyu

Azərbaycanın neft və qaz ixracından gəlirləri artıb

Operativ Media
Azərbaycanın neft və qaz ixracından gəlirləri artıb
1 dəq oxu

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin 10 ayında Azərbaycan 20 milyard 654 milyon 403.43 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 7 milyard 932 milyon 84.69 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən illə müqayisədə 0,03%, dəyəri isə 6,93% artıb.

İxrac edilən neftin həcminə gəlincə, ilin 10 ayında 12 milyard 161 milyon 967.27 min dollar dəyərində 18 milyard 392 milyon 916.04 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 11,38% azalıb, dəyəri isə 12,09% artıb.

Əlaqəli Xəbərlər