Menyu

Nurlan Novruzov "Neftçi"də məşqçiliyə başlayıb

Operativ Media
Nurlan Novruzov "Neftçi"də məşqçiliyə başlayıb
1 dəq oxu

Azərbaycanlı futbolçusu Nurlan Novruzov məşqçiliyə başlayıb.

Operativ Media xəbər verir ki, hazırda II Liqada “Zəngəzur”un formasını geyinən 33 yaşlı hücumçu “Neftçi”də U-12 komandasına məşqçi təyin olunub.

O, baş məşqçi Hikmət Bağırovun köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Nurlan Novruzov futbolçu kimi bir çox klublarda, o cümlədən, “Sumqayıt”, “Bakı”, “Zirə”, “Səbail”, eləcə də Moldova, Estoniya, Nepal, Litva klublarında forma geyinib. O, 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub. Novruzov son illər Azərbaycanın aşağı liqa klublarında çıxış edib

Əlaqəli Xəbərlər