Menyu

Azərbaycanın hava məkanında uçuşların sayı 10,5 faiz artıb

Operativ Media
Azərbaycanın hava məkanında uçuşların sayı 10,5 faiz artıb
1 dəq oxu

2025-ci ildə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi uçuşların sayı 10,5 faiz artaraq 342 167-yə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin 2025-ci il üzrə dayanıqlılıq hesabatında qeyd olunub.

Tranzit uçuşların sayı isə 13,9 faiz artaraq 261 085 təşkil edib.

Hesabat dövründə Azərbaycanın hava məkanının ötürmə qabiliyyəti saatda 120 uçuşa yüksəlib. Eyni zamanda, bir uçuşa düşən emissiyalar 18,2 faiz azalıb.

AZANS həmçinin ICAO standartlarına uyğun III kateqoriyalı cihazla enmə sistemini (CAT III) tətbiq edib, CANSO-nun “GreenATM” proqramına qoşulub və Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının hazırlanması üzrə IATA ilə əməkdaşlığını davam etdirib.

Əlaqəli Xəbərlər