Menyu

Litva və Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Operativ Media
Litva və Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
1 dəq oxu

Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Operativ Media xəbər verir ki, Kestutis Budris bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın potensialının reallaşdırılması məsələləri müzakirə olunub.

Nazir qeyd edib ki, geosiyasi proseslər ticarət marşrutlarını, enerji axınlarını və investisiya qərarlarını dəyişdirir. Onun sözlərinə görə, indidən addım atanlar gələcəkdə bu dəyişikliklərdən daha çox faydalanmaq imkanına malik olacaqlar.

“Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyi, bağlantıları və enerji dayanıqlılığı baxımından strateji tərəfdaşdır. Litva dialoqu konkret layihələrə, investisiyalara və daha güclü biznes əlaqələrinə çevirməkdə real potensial görür”, – Kestutis Budris vurğulayıb.

Əlaqəli Xəbərlər