Menyu

“Tottenhem” “Benfika”nın hücumçusunu transfer etmək istəyir

Operativ Media
“Tottenhem” “Benfika”nın hücumçusunu transfer etmək istəyir
1 dəq oxu

“Tottenhem” “Benfika”nın hücumçusu Vangelis Pavlidislə yaxından maraqlanır.

Operativ Media xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb. Bildirilib ki, London klubu 25 yaşlı yunan futbolçunun çıxışını izləmək üçün mütəmadi olaraq “Benfika”nın oyunlarına skautlar göndərir.

Məlumata görə, “Tottenhem” qarşıdakı transfer pəncərələrində Pavlidisin transferi ilə bağlı rəsmi təklif göndərməyi nəzərdən keçirə bilər. Lakin “Benfika” 2026/27 mövsümünün ortasında komandanın ən məhsuldar futbolçusunu satmaq niyyətində deyil.

Pavlidis cari mövsümdə bütün turnirlərdə keçirdiyi 20 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Yunanıstan millisinin üzvünün Portuqaliya klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Əlaqəli Xəbərlər