Menyu

Serbiyada prezident seçkilərinin vaxtı açıqlanıb

Operativ Media
Serbiyada prezident seçkilərinin vaxtı açıqlanıb
1 dəq oxu

Serbiya Məclisinin sədri Aleksandr Çupiç ölkədə prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edib.

Operativ Media xəbər verir ki, o, prezident seçkilərinin təyin edilməsi qərarının Serbiya Respublikasının Rəsmi Qəzetində dərc olunduğu gün qüvvəyə minəcəyini açıqlayıb.

"Serbiya Respublikası Konstitusiyasının 114-cü maddəsinin ikinci hissəsinə və 120-ci maddəsinin üçüncü hissəsinə, eləcə də Respublika Prezidentinin Seçkiləri haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq, Serbiya Respublikasında prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edirəm", - Çupiç Milli Məclisdə çıxış edərkən bildirib.

Keçmiş prezident Aleksandar Vuçiç 25 oktyabr seçkilərindən əvvəl istefa verdikdən sonra Çupiç müvəqqəti dövlət başçısı vəzifəsini də icra edir.

Əlaqəli Xəbərlər