Menyu

Azərbaycanın xarici ticarət dövriyyəsi 6%-ə yaxın artıb

Operativ Media
Azərbaycanın xarici ticarət dövriyyəsi 6%-ə yaxın artıb
1 dəq oxu

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,7% artaraq 43 milyard 188.74 milyon ABŞ dolları təşkil edib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 29,04% artaraq 15 milyard 268 milyon ABŞ dolları olub. İdxal isə 20,58% azalaraq 11 milyard 423,35 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsində 12 milyard 652.73 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 5,25 dəfə çoxdur.

Əlaqəli Xəbərlər