Menyu

AZAL 2025-ci ildə 4 milyondan çox sərnişin daşıyıb

Operativ Media
AZAL 2025-ci ildə 4 milyondan çox sərnişin daşıyıb
1 dəq oxu

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2025-ci ildə 4 milyondan çox sərnişin daşıyaraq 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə vaxtından əvvəl nail olub.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkətin 2025-ci il üzrə dayanıqlılıq hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il milli aviadaşıyıcı 55 istiqamət üzrə 35 mindən çox reys həyata keçirib.

Əlaqəli Xəbərlər