Menyu

Rasim Abdurazaqov: Dərsliklərin hazırlanması zamanı beynəlxalq təcrübə və şagirdlərin nəticələri təhlil edilib

Nicat Hüseynli
Rasim Abdurazaqov: Dərsliklərin hazırlanması zamanı beynəlxalq təcrübə və şagirdlərin nəticələri təhlil edilib
1 dəq oxu

Azərbaycanda yeni dərsliklərin hazırlanması məqsədilə 2017-ci ildən etibarən müvafiq layihələrin icrasına başlanılıb. İlkin mərhələdə məktəbəhazırlıq, Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərsliklərin hazırlanması istiqamətində işlər aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi müəllimləri qabaqcıl pedaqoji nəzəriyyələrə əsaslanan dərslik və vəsaitlərlə təmin etmək, şagirdlərdə ilkin, riyazi və elmi savadlılıq səviyyəsini formalaşdırmaq olub.

Bu məqsədlə Azərbaycan Təhsil İnstitutunda Təhsil Resursları Mərkəzi yaradılıb və üç istiqamət üzrə layihələrin icrasına başlanılıb. Bunlar məktəbəhazırlıq, Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərsliklərin hazırlanması olub.

R.Abdurazaqov bildirib ki, müəllif qruplarının formalaşdırılması üçün təcrübəli müəllimlər, beynəlxalq məktəblərdə fəaliyyət göstərən pedaqoqlar, gənc alimlər və akademik dairələrin nümayəndələri prosesə cəlb olunub. Müəlliflərin seçilməsi zamanı namizədlərin təcrübəsi və peşəkar hazırlığı nəzərə alınıb.

Dərsliklərin məzmununun müəyyənləşdirilməsi üçün şagirdlərin PIRLS, TIMSS və PISA beynəlxalq qiymətləndirmə proqramları üzrə nəticələri təhlil edilib. Eyni zamanda, “Macmillan Education”, “Pearson”, “Marshall Cavendish” və digər beynəlxalq nəşriyyatların dərslikləri, eləcə də müxtəlif ölkələrin kurikulumları araşdırılıb.

O qeyd edib ki, aparılan təhlillər əsasında şagirdlərin oxu, riyazi və elmi savadlılıq bacarıqlarının inkişaf etdirilməsi üçün zəruri məzmun və tədris yanaşmaları müəyyənləşdirilib. Dərsliklərin hazırlanması prosesində beynəlxalq nəşriyyatların və xarici mütəxəssislərin təcrübəsindən də istifadə olunub.

Əlaqəli Xəbərlər