24 Oktyabr 2022, 17:43
Bir çox şirkətlər “Admedia”nı seçir – Tərtibat, dizayn, istehsalat... FOTO/ VİDEO
Bir çox şirkətlər “Admedia”nı seçir – Tərtibat, dizayn, istehsalat... FOTO/ VİDEO şəkil
Bir çox şirkətlər “Admedia”nı seçir – Tərtibat, dizayn, istehsalat... FOTO/ VİDEO

Bakı Ekspo Mərkəzində keçirilən "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi yerli və xarici şirkətlərin stendləri, yenilikçi təqdimatları ilə bu il bir-birindən fərqləndi.

Təbii ki, sərgidə iştirak edən hər bir şirkət, müəssisə sahibi üçün stendinin gözoxşayan olması və qüsursuzluğu arzu olunandır. Çünki bu təqdimatlar onların gördüyü və görmək istədiyi işi özündə əks etdirir.

Sərgi çərçivəsində bəlli oldu ki, bir sıra stendlərin vizualı və texniki tərəflərinin tərtibatı Azərbaycanın ən iri reklam agentliklərindən olan “Admedia” tərəfindən həyata keçirilib.

Şirkətin fərqli, özünəməxsus fəaliyyət sistemi demək olar ki, hər bir müştərisini məmnun edir. Bu səbəblə də iştirakçıların bir çoxunun təqdimatları bu agentliyə həvalə olunub.

Şirkətin direktoru Sabit Məmmədov sərgi çərçivəsində hazırlanan stendlərlə bağlı bəzi məlumatlar verib:

“Biz artıq ikinci ildir ki, Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı sərgisində fəal iştirak etdik. Bizim böyük və peşəkar komandamız var, o səbəbdən bizə müraciət edən sifarişçilərin məhsulu vaxtında və keyfiyyətli formada təhvil veririk. Bir daha bizi seçənlərə öz təşəkkürümüzü bildiririk.”

Qeyd edək ki, “Admedia” 13 ildir fəaliyyət göstərən, portfoliosunda 30-dan çox dövlət qurumu, 100-dən artıq yerli və xarici brendlər olan 360 dərəcəli reklam agentliyidir.

Şirkət sərgi və stendlərin hazırlanması, reklam istehsalı, TV və radioda reklamı, sosial media reklamı və digər bu kimi xidmətləri göstərir.

 

 

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb