Menyu

Ceyhun Bayramov: 200-ə yaxın azərbaycanlı Estoniyada təhsil alır

Operativ Media
Ceyhun Bayramov: 200-ə yaxın azərbaycanlı Estoniyada təhsil alır
1 dəq oxu

Ötən il Azərbaycana təxminən 2 min estoniyalı səfər edib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında humanitar və turizm sahəsində əməkdaşlıq, eləcə də təhsil mübadiləsi proqramları mövcuddur.

Nazir qeyd edib ki, 200-ə yaxın azərbaycanlı Estoniyada təhsil alır. Estoniyanın ali təhsil müəssisələri ilə Azərbaycan universitetləri arasında mübadilə proqramları həyata keçirilir və bu təşəbbüslər Azərbaycan tərəfindən müsbət qarşılanaraq dəstəklənir.

Əlaqəli Xəbərlər