Menyu

Estoniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 25 milyon ABŞ dollarına çatıb

Operativ Media
Estoniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 25 milyon ABŞ dollarına çatıb
1 dəq oxu

Azərbaycan ilə Estoniya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün potensial mövcuddur.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 32 milyon ABŞ dolları təşkil edib. Estoniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 25 milyon ABŞ dollarına çatıb.

Nazir qeyd edib ki, Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərir, son dövrlərdə iki ölkənin işgüzar dairələri arasında təmasların qurulması və bir sıra tədbirlərin keçirilməsi istiqamətində işlər görülüb.

Ceyhun Bayramov vurğulayıb ki, bu təcrübənin davam etdirilməsi iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Əlaqəli Xəbərlər