25 Oktyabr 2022, 09:38
Bakıda 3 qız itkin düşüb
Bakıda 3 qız itkin düşüb şəkil
Bakıda 3 qız itkin düşüb

Bakıda 3 qız itkin düşüb, onlardan 1-i tapılaraq sığınacağa yerləşdirilib.

"Operativ Media" xəbər verir ki, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Həmçinin 2008-ci il təvəllüdlü Allahverdiyeva Şəlalə "Nərimanov" parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.

Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb