Samuxda zavoddan 12 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Nərmin Qocamanlı
Samuxda zavoddan oğurluq edilib.
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma