Menyu

Kürdəxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Kürdəxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
1 dəq oxu

Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Operator Media" xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, "Rosil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Naməlum sürücü piyada 1984-cü il təvəllüdlü Elçin Babayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı iki maddə ilə cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər