Yasamalda qəza baş verən yerdən su tamamilə çəkilib-YENİLƏNİB

admin
Yasamalda qəza baş verən yerdən su tamamilə çəkilib-YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, ərazidəki su çəkilib.

“Operativ Media"nın məlumatına görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.

Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır.

***

09:51

Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

Digər xəbərlər