26 Oktyabr 2022, 10:32
Bakıda qəza baş verən ərazidə obyektləri su basıb
Bakıda qəza baş verən ərazidə obyektləri su basıb şəkil
Bakıda qəza baş verən ərazidə obyektləri su basıb

Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə yerləşən bəzi obyektləri su basıb.

"Operativ Media" xəbər verir ki, ərazidən suyun çəkilməsi işləri davam etdirilir.

Qeyd edək ki, səhər saatlarında Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb