Şəhid anasına vəzifə verilib
Nərmin Qocamanlı
Aprel şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbə direktor təyin olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Bundan öncə Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.
Nazirin digər əmri ilə Birinci Qarabağ müharibəsi şəhidi Dadaş Zeynalovun oğlu Camal Zeynalov Zəngilan rayon 23 nömrəli tam orta məktəbə direktor təyin edilib.
O, Zəngilan rayonu 11 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net