Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd dolab və divar kağızı 3 m² sahədə yanıb.
"Operativ Media" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.