http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İranla sərhəddən narkotik keçirilməsinin qarşısı alınıb

27 Oktyabr 2022 , 11:51
İranla sərhəddən narkotik keçirilməsinin qarşısı alınıb

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Media"ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu