http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AQTA idxal olunan məhsullarda aşkar edilən zərərli orqanizmlərlə bağlı Rusiyaya 46, İrana 10 bildiriş göndərib

27 Oktyabr 2022 , 12:04
AQTA idxal olunan məhsullarda aşkar edilən zərərli orqanizmlərlə bağlı Rusiyaya 46, İrana 10 bildiriş göndərib

Ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 104 bildiriş (Rusiya-46, Gürcüstan-22, Türkiyə-15, Ukrayna-5, İran-10, Qazaxıstan-5, Niderland-1) göndərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

O bildirib ki, ölkə ərazisində mövcud olan pomidor və bibər toxumunun satış müəssisələrində monitorinqlər aparılıb:

"Monitorinqlər zamanı 20 pomidor toxumu nümunəsində təhlükəli viruslar aşkar edilib. Aparılmış monitorinqlər zamanı adıçəkilən təsərrüfatlarda hektarlarla ərazidə bütün bitkilər məhv edilib".

Q.Təhməzli qeyd edib ki, pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda və satışı yerlərində aparılmış monitorinqlərdə 155 saxlama yerində ciddi nöqsanlar aşkarlanıb, 7 məhsul nümunəsi etiketdə göstərilən tərkib göstəriciləri ilə uyğunsuzluq təşkil edib, 11 məhsulun dövlət qeydiyyatı olmadan satılması müəyyən edilib. Qeydiyyatı olmayan 2 məhsulun tərkibində təsiredici maddə ümumiyyətlə aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu