27 Oktyabr 2022, 13:01
Ombudsman Bərdə terroru ilə bağlı bəyanat yayıb
Ombudsman Bərdə terroru ilə bağlı bəyanat yayıb şəkil
Ombudsman Bərdə terroru ilə bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bərdə şəhərinə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından "Operativ Media" ya verilən məlumata görə, bəyanatda bildirilib ki, bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür:

“Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci ilin 27-28 oktyabr tarixlərində edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz qalması faktlarına dair tərəfimizdən faktaraşdırıcı missiya həyata keçirilib və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilib. Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib”.

 

 

Son xəbərlər
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib