http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Hərbçilərdən rüşvət alıb hospitala göndərən həkim həbs olunub

27 Oktyabr 2022 , 13:37
Hərbçilərdən rüşvət alıb hospitala göndərən həkim həbs olunub

Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hərbi hissəsinin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.

Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

 

OXŞAR XƏBƏRLƏR
Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

XƏBƏR LENTİ
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
Menyu