Menyu

Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub

Nərmin Qocamanlı
Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub
1 dəq oxu

"Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub, bütün pullar oğurlanıb".

"Operativ Media"nın xəbərinə görə, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə məlumat yayıb.

O deyib ki, Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib: "Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, məsələ DİN tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcək".

Əlaqəli Xəbərlər