28 Oktyabr 2022, 10:46
Cinayət əməlinə görə axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutularaq ekstradisiya edilib
Cinayət əməlinə görə axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutularaq ekstradisiya edilib şəkil
Cinayət əməlinə görə axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda tutularaq ekstradisiya edilib

Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan Respublikasının ərazisində cinayət törətməkdə təqsirləndirilən həmin ölkənin vətəndaşı Əhmədov Otabek İzzatoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Belə ki, Otabek Əhmədov külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub. 

"Operativ Media" xəbər verir ki, Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Otabek Əhmədov hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.

Son xəbərlər
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
XİN: İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
"Neftçi" yeni məşqçisini açıqladı
Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib
Türkiyədə yaşayış binasının uçması ilə əlaqədar 4 nəfər saxlanılıb- YENİLƏNİB 1 - FOTO
Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB
Azərbaycan PL: "Səbail" Kəpəz"ə, "Sabah" "Sumqayıt"a qarşı