http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Niyə daha çox "Prius"lar qəza edir?

25 May 2023 , 13:46
416
Niyə daha çox "Prius"lar qəza edir?

"Taksi fəaliyyətinə konkret cəza mexanizmi olmadığına görə bu özbaşınalıq davam edəcək".

Son zamanlar "Toyota Prius" markalı avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının artması bir sıra suallar yaradır.

"Operativ Media" "Niyə daha çox "Prius"lar qəza edir?" sualına cavab axtarıb.

İlk olaraq bu avtomobillərin texniki cəhətdən zəif olması iddia olunur. Lakin avtomobil ustası Sahil Ağabəyli bu fikrin tamamilə yanlış olduğunu deyir. "Beynəlxalq standartlara uyğun istehsal edilən avtomobillər necə olur ki, ancaq Azərbaycanda daha çox qəza törədir. Əyləc sistemi bütün təhlükəsizlik normalarına cavab verir. Sadəcə olaraq bu avtomobillərin əksəriyyətinin yürüşü həddindən artıq çox və yaxşı qulluq edilmədiyindən ucuz başa gəlir" - deyə Sahil Ağabəyli bildirib. Ustanın sözlərinə görə, ili köhnə olsa belə əyləc qəlibləri və avtomobilin işlək hissələrinə vaxtlı-vaxtında qulluq olarsa avtomobili hələ uzun müddət istismar etmək olar. Buna görə də qəzaları avtomobildə yox sürücüsündə axtarmaq lazımdır.

Nəqliyyat məsələləri üzrə ekspert  Yasin Mustafayev isə statistik rəqəmlərdə məhz "Prius"ların iştirakı ilə olan qəzaların sayının çox olmasını bu avtomobilərin son bir neçə ildə Azərbaycana həddindən artıq çox gətirilməsi ilə əlaqəli olduğunu deyir. "Paytaxt küçələrində demək olar ki, artıq bu maşınlar hər küçədədir. Biz də bilirik, say nə qədər çox olsa, qəza riski də o qədər çoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, bu avtomobillər əksər halda icarəyə verilir".

Ekspert həmçinin onu da bildirdi ki, xüsusilə asan qazanc əldə etmək istəyən insanlar gündəlik 25-35 manata kirayə verməklə və ya taksi üçün icarəyə verməklə bu avtomobillərin üzərindən dəfələrlə çox qazanc əldə edir. Xüsusilə taksi sürücülərinə heç bir nəzarət mexanizmi olmadığından bu sürücülər tibbi yoxlamadan keçmədən, heç bir nəzarət olmadan rahat fəaliyyət göstərirlər.

Yasin Mustafayevin sözlərinə görə, burada maraqlı digər məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri ikili yanaşma sərgiləyirlər. Avropa ölkələrində, ABŞ-da və digər ölkələrdə bu şirkətlərlə taksi kimi fəaliyyət göstərən sürücüyə proqram yalnız günün müəyyən saatlarında işləməyə icazə verir. Vaxt limitinə çatdıqda sistem avtomatik sifarişləri dayandırır. Lakin bizdə heç bir məhdudiyyət olmadığından sürücü 18-20 saat belə işləyə bilər. Hansı ki, sürücünün gündəlik xərclərini nəzərə alsaq, o bu qədər işləməyə məcburdur. Bununla da yorğunluq, stress, diqqət yayınması qəzaları qaçılmaz edir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu