28 Oktyabr 2022, 21:11
Avtomobil yolu keçən ana və qızı vurub
Avtomobil yolu keçən ana və qızı vurub şəkil
Avtomobil yolu keçən ana və qızı vurub

Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik avtomobili yolu keçən iki qadını vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, onlardan biri - 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. Ağır bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızının müalicsəi davam edir. Onların ana və övlad olduğu bildirilir.

Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başladılıb.

Son xəbərlər
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35