Azyaşlını oğurluq etməyə təhrik edən şəxs tutulub

Nərmin Qocamanlı
Azyaşlını oğurluq etməyə təhrik edən şəxs tutulub

Qubada azyaşlını oğurluq etməyə  təhrik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media" ya verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən  4400 manat pul  oğurlandığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu  Məmmədi də  (ad şərti) müəyyən vədlər verməklə  cəlb edib.

Faktla bağlı Quba  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyevin barəsində  həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər