http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

"Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub

01 İyun 2023 , 10:00
"Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub

CAAS psixologiya liqasının rəhbəri Elnurə Ayxan və "Xarıbülbül" Tədris Mərkəzinin rəhbəri İlhamə Sarıyevanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub.

Konsertdə qonaqlar sırasında şəhid anaları, qazilər, Vətən müharibəsinin iştirakçıları, onların övladları, millət vəkilləri, media nümayəndələri, iş adamları və bir sıra şəxslər iştirak edib.

Ən böyük arzularından birinin həyata keçdiyini deyən İlhamə Sarıyeva tədbiri açıq elan edib. 

Daha sonra millət vəkili Jalə Əhmədova, CAAS psixologiya mərkəzinin rəhbəri Elnurə Ayxan, şairə Nəsibə İsrafilqızı, "Ələddin" MMC şirkətinin icraçı direktoru Arzu Fərəcova, şair Vahid Aslan və Manşet.az saytının rəhbəri Əli Vəliyev çıxış ediblər.

Millət vəkili Jalə Əhmədova çıxışı zamanı belə bir təşəbbüsün təqdirəlayiq olduğunu bildirib:

"İlk öncə şəhid anaları başda olmaqla bütün qonaqları salamalayıram və şəhid analarının qarşısında baş əyirəm. Ümumiyyətlə Şəhid ailələri daim Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diqqətindədir. Və hər daim onların qayğısına qalır. "Sənin atan qəhrəmandır" layihəsi də şəhid ailələrinin qayğısına qalmaq, onları unutdurmamaq üçün atılmış addımdır". 

Məlumat üçün bildirək ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarını cəmiyyətdə tanıtmaq, qəhrəmanlığını təbliğ etmək və onların övladlarına dəstək göstərməkdir.

Xatırladaq ki, hərbçi bacısı olan İlhamə xanım pandemiya, Vətən müharibəsi zamanı və Türkiyyədə baş vermiş zənzələ zamanı xeyiriyyəçi kimi yardımlar etmiş, dağ rayonlarında yaşayan, aztəminatlı ailələrə dəstəyini əsirgəməyib. Və bildirib ki, bu layihə Bakıda və Azərbaycanın digər rayonlarında davam etdiriləcək.

Tədbirin informasiya dəstəyi ...az saytına məxsusdur.

OXŞAR XƏBƏRLƏR
Bişkekdə Mədəni Əməkdaşlıq üzrə Şuranın 38-ci iclası keçirilib

Bişkekdə Mədəni Əməkdaşlıq üzrə Şuranın 38-ci iclası keçirilib

Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub (FOTO)

Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub (FOTO)

XƏBƏR LENTİ
  • 12:12

    ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib
  • 11:57

    Azərbaycan cəmiyyəti erməni silahlı qüvvələri rəhbərlərinin məsuliyyətə cəlb edilməsini istəyir - SORĞU
  • 11:37

    Nikola Yurçeviçin yeni ünvanı müəyyənləşdi
  • 11:32

    Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
  • 11:30

    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
  • 11:22

    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
  • 11:10

    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
  • 11:08

    “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
Menyu