Menyu

Moldova DİN rəhbərliyi hadisə ilə yerində tanış olmaq üçün Kişinyov hava limanına gəlib (YENİLƏNİB/VİDEO)

Moldova DİN rəhbərliyi hadisə ilə yerində tanış olmaq üçün Kişinyov hava limanına gəlib (YENİLƏNİB/VİDEO)

Moldova Daxili İşlər Nazirliyinin bütün rəhbərliyi naməlum sərnişinin atəş açdığı Kişinyov hava limanındadır.

"Operativ Media" xəbər verir ki, bunu nazirliyin sözçüsü Diana Fetko TASS-a bildirib.

"Nazirliyin bütün rəhbərliyi hava limanındadır", - deyə sözçü qeyd edib.

*** 20:02

Kişineu hava limanında baş vermiş və iki nəfərin ölümünə səbəb olmuş insidentlə bağlı "terror aktı" maddəsi ilə cinayət işi başlanılıb.

"Operativ Media" xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi artıq 2 nəfəri öldürən şəxsi saxlayıb.

*** 19:17

Kişinyev Hava Limanında bir nəfər ətrafa atəş açıb. Hazırda sərnişinlər ərazidən təxliyə edilir.

"Operativ Media" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Moldova DİN də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, bir nəfər əcnəbi vətəndaş ölkəyə girişinə icazə verilmədiyi üçün sərhədçiyə atəş açaraq gizlənib.

Kişinyev Hava Limanında uçuşlar təxirə salınıb.

İddialara görə, hadisə nəticəsində bir sərhədçi və bir mülki şəxs güllə yarasından ölüb.

Teqlər:

"Moldova DİN rəhbərliyi hadisə ilə yerində tanış olmaq üçün Kişinyov hava limanına gəlib (YENİLƏNİB/VİDEO)"

Əlaqəli Xəbərlər