Menyu

Türkiyə və Səudiyyə Ərəbistanı XİN başçıları telefonla danışıb

Nərmin Qocamanlı
Türkiyə və Səudiyyə Ərəbistanı XİN başçıları telefonla danışıb
1 dəq oxu

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabah Ciddədə keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıqla bağlı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının sabah Ciddə şəhərində keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələləri də gündəmdə olub.

Əlaqəli Xəbərlər