Menyu

KİV: AŞ rəhbəri, Azərbaycan və Ermənistan liderləri arasında oktyabrda üçtərəfli görüş olacaq

KİV: AŞ rəhbəri, Azərbaycan və Ermənistan liderləri arasında oktyabrda üçtərəfli görüş olacaq

Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin 3-cü sammiti keçiriləcək.

"Operativ Media" dünya mediasına istinadən xəbər verir ki, sammiti Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi üzərinə götürən İspaniya təşkil edəcək.

Yayılan məlumatlara görə, Avropa Şurasının (AŞ) rəhbəri Şarl Mişel Nikol Paşinyan-Şarl Mişel-ilham Əliyev arasında növbəti üçtərəfli görüş oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək.

Sammit və üçtərəfli görüşün gündəlikləri barədə əlavə məlumat verilməyib.

Teqlər:

"KİV: rəhbəri Azərbaycan Ermənistan liderləri arasında oktyabrda üçtərəfli görüş olacaq"

Əlaqəli Xəbərlər