http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şuşada “Elektron muğam saatı”, şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub

15 İyul 2023 , 10:37
Şuşada “Elektron muğam saatı”, şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində "Elektron muğam saatı", şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub.

"Operativ Media" nın məlumatına görə, Şuşada keçirilən bütün tədbirlərin gecə saatlarına qədər davam etməsi artıq ənənə halını alıb. Vaqif Poeziya Günləri də istisna olmadı. Gecə saatlarına rəğmən Şuşa şəhərinin müxtəlif məkanlarından şeir, musiqi sədaları eşidilirdi. Vaqif Poeziya Günlərinin növbəti tədbiri "Elektron muğam saatı" oldu. Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezini ifa etdi.

Açıq səhnədə qiraətçi və şairlərin sərbəst çıxışlarının keçirildiyi, şeirlərini musiqi müşayiəti ilə improvizasiya şəklində ifa etdikləri “Açıq mikrofon” gecəsi də təqdim olundu.

Gecədə iştirakçılardan biri də sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, şair Bəhruz Niftəliyev idi: “Vaqif Poeziya Günləri çərçivəsində keçirilən “açıq mikrofon” poeziyasevərlərə, gənc şairlərə öz əsərlərini söyləmək, bədii qiraət ustalarına öz bacarıqlarını nümayiş etdirmək üçün gözəl imkan yaradıb. Bu, yaradıcı özünüifadə, həmfikirlərlə fikir mübadiləsi aparmaq, hər kəsi yüksək insan təfəkkürünün mənəvi əsaslarına yaxınlaşdırmaq üçün gözəl imkandır”.

Sonuncu dəfə Bakıda on il əvvəl olmuş özbəkistanlı qonaq, xalq şairi Xurşid Davron Şuşaya səfər etməkdən məmnundur: "İşğaldan azad edilmiş Şuşanı ziyarət etmək mənim arzum idi. Mən həmişə Azərbaycanı haqq işində dəstəkləmişəm və vaxtilə Xocalı soyqırımının qurbanları olan uşaqlara şeir yazmışam. Mən sizinlə yenidən dirildim. Şuşa şəhərinin gözəl təbiətini, dağları görmək mənim üçün böyük xoşbəxtlikdir. Bununla yanaşı, yol boyu Ermənistanın işğal zamanı törətdiyi bu qədər dağıntıları, vandalizm aktlarını görmək məni çox kədərləndirdi.

Eyni zamanda, burada gedən tikinti-bərpa işlərini, azərbaycanlıların öz irsinə necə diqqətlə yanaşdıqlarını görəndə sevindim. Qarabağa yeni həyat qayıdıb və Vaqif Poeziya Günləri kimi tədbirlər sayəsində qardaş xalqlarımız daha da yaxınlaşır, mənəvi zənginlik və gözəl gələcəyə ümid verir.

İyulun 15-də Şuşada Vaqif Poeziya Günlərinin ikinci günündə rəngarəng proqram təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Azərbaycanda iki teatra “milli” statusu verilib

Azərbaycanda iki teatra “milli” statusu verilib

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

XƏBƏR LENTİ
  • 20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • 19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • 19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • 18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
  • 18:22

    Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib
  • 18:20

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
  • 17:53

    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
  • 17:44

    Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb
Menyu