http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Rusiyanın qəribə açıqlamaları - ŞƏRH

15 İyul 2023 , 21:48
Rusiyanın qəribə açıqlamaları - ŞƏRH

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev Rusiyanın Xarici İşlər Nazirliyinin bugünkü açıqlamalarını "Operativ Media"ya şərh edib:

"Bir məşhur söz var, deyirlər ki, danışdığın hikmətli sözlərdən sonra “amma” deyirsənsə, deməli, əvvəl danışdıqlarının heç bir mənası qalmadı. 

Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi qəribə açıqlamalar verib. Həmin açıqlama belə idi: 

 “Ermənistan Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, amma bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il sazişinin imzalandığı fundamental şərtləri kökündən dəyişdi”.

Yuxarıda vurğuladığım kimi, “amma”dan əvvəli artıq nə bizə lazımdır, nə Ermənistana. 

Rusiya deyir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, amma...

Burada nə amma ola bilər ki? Ümumiyyətlə Paşinyanın Qarabağla bağlı açıqlamasından sonra üçtərəfli bəyanatda nə dəyişib? Əlbəttə ki, heç nə! 

Rusiya XİN bir sözlə iki ölkəyə hörmətsizlik edir: Ermənistan rəhbərliyinin qərarına və Azərbaycanın ərazi bütövlüyünə. 

Görünür Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmə vaxtı yaxınlaşdıqca qonşumuz cığallıq etmək istəyir. 

Rusiya XİN-nin bu açıqlamanı Brüssel görüşü ərəfəsində verməsi də təsadüfə oxşamır. Biz hər dəfə Rusiyadan kənarda baş verən görüşlərdən sonra sərhəddə və Qarabağda müəyyən təxribatların şahidi oluruq. Artıq xalqımız bu cür təxribatların arxasında kimin olduğunu da çox gözəl bilir. Bugünkü açıqlama da bu təxribatlardan biri idi. 

Rusiya XİN Azərbaycanı təcili olaraq Laçın yolunu açmağa çağırıb. 

Bu Azərbaycanın daxili işidir. Laçın yolunun bağlanma səbəbi də hər kəsə məlumdur. Bayrağımız Rusiya sülhməramlısı tərəfindən aşırdılıb, hərbçimiz Rusiya sülhməramlısının gözü önündə güllələnib, BQXK Rusiya sülhməramlısının müşayiəti ilə qaçaqmalçılıqla məşğul olub. Deməli, Azərbaycan haqlı olaraq Laçın yolunu bağlayıb ki, bu cür təxribatlar olmasın. 

Biz Rusiyadan Qarabağda öz öhdəliklərini yerinə yetirməyi, separatçıları dəstəkləməyi dayandırmağı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi tələb edirik".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu