Gürcüstanın baş naziri İrakli Qaribaşvili avropalı parlamentarilərə bildirib ki, qarayaxma kampaniyasına görə gürcü cəmiyyətindən üzr istəməyin vaxtı çatıb.
"Operativ Media" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, buna səbəb AP deputatlarının Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilinin zəhərlənməsinə görə ittiham etməsi olub.
"(Mixail) Saakaşvilinin guya hökumət tərəfindən zəhərləndiyini və guya ölümcül vəziyyətdə olması ilə bağlı dezinformasiya kampaniyasında iştirak edən Avropa Parlamentinin depuatları dövlətimizdən və ölkəmizdən, ictimaiyyətdən üzr istəməlidirlər”- deyə Qaribaşvili qeyd edib.
O bildirib ki, artıq bu məsələni bağlamağın vaxtı çatıb.