http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb (FOTO)

16 İyul 2023 , 10:23
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb (FOTO)

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.

"Operativ Media" xəbər verir ki, tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.

Səhnə əsərinin nümayişindən əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.

Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub.

Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.

OXŞAR XƏBƏRLƏR
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Azərbaycanda iki teatra “milli” statusu verilib

Azərbaycanda iki teatra “milli” statusu verilib

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

XƏBƏR LENTİ
  • 18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
  • 18:22

    Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib
  • 18:20

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
  • 17:53

    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
  • 17:44

    Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb
  • 17:27

    Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən şəxslər tutulub
  • 17:10

    Əfqanıstanda sel nəticəsində 50 nəfər ölüb
  • 17:06

    Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"
Menyu