Jake Sullivan: Taxıl sazişi başa çatsa, Moskva üçün diplomatik xərclər böyük olacaq
Nərmin Qocamanlı
Rusiya Qara Dəniz Taxıl Sazişindən çıxsa, Moskva üçün diplomatik xərclər çox böyük olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bildirib.
Sullivan CBS News televiziyasının "Face the Nation" proqramının qonağı olub.
Qara Dəniz Taxıl Dəhlizi Sazişinin sabah gecə bitəcəyinə işarə edən Sullivan, "(Rusiya prezidenti) Vladimir Putinin nə edəcəyini təxmin edə bilmərəm. O, son aylarda fərqli siqnallar verdi. Rusiya müqavilədən geri çəkilə və ya saxlamağa davam edə bilər".
"Rusiyanın müqavilədən çıxacağı təqdirdə Moskva üçün diplomatik xərcin çox böyük olacağını düşünürəm", o, qeyd edib.
Teqlər:
"Jake Sullivan: Taxıl sazişi başa çatsa Moskva üçün diplomatik xərclər böyük olacaq"