Menyu

ABŞ-də daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşüb

Nərmin Qocamanlı
ABŞ-də daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşüb

ABŞ-nin Pensilvaniya ştatında leysan yağışlar nəticəsində baş verən seldə 3 nəfər həyatını itirib, 9 aylıq körpə də daxil olmaqla 4 nəfər itkin düşüb.

"Operativ Media" xəbər verir ki, Pensilvaniya ştatında dünən gecədən başlayan güclü yağış daşqınlara səbəb olub.

Polis vətəndaşları axtarış-xilasetmə işlərinin aparıldığı ərazidən uzaq durmağa çağırıb.

Digər tərəfdən, Nyu-Yorkda yağan güclü yağışlar səbəbindən yüzlərlə reysin gecikdiyi və ya ləğv edildiyi bildirilib.

Milli Hava Xidməti (NWS) Konnektikut, Massaçusets ştatının qərbi, Vermont və Nyu-Hempşir üçün daşqın, Massaçusets və Nyu-Hempşir sərhədində tornado xəbərdarlığı edib.

Teqlər:

"ABŞ-də daşqınlarda 3 nəfər ölüb 4 nəfər itkin düşüb"

Əlaqəli Xəbərlər