http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İran XİN hansısa ölkə rəsmisinin Azərbaycana səfərini niyə şərh edir?

17 İyul 2023 , 12:47
İran XİN hansısa ölkə rəsmisinin Azərbaycana səfərini niyə şərh edir?

İranın xarici işlər nazirliyinin sözcüsü Nasir Kənani İsrailin müdafiə naziri Yoav Qallantın Bakıya səfər etməsinə münasibət bildirib. O deyib ki, müsəlman ölkələrinin başçıları İsrailin öz maraqlarını güddüynə diqqət yetirməlidir.

Məsələ ilə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev “Operativ Media”ya açıqlama verib.Fikrət Əliyev: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, qarşı tərəflərdən də bu addımı gözləyirik

 

“İranın bu cür açıqlamaları Azərbaycanla münasibətlərin normallaşma prosesinə zərbə vurur. 

Çünki suveren Azərbaycan dövləti hansısa ölkənin rəsmisinin İrana səfərini şərh etmir. Bu, sadə diplomatiya qaydalarıdır və İranın XİN rəsmisinin də bu cür ibtidai və emosional reaksiyaları başadüşülən deyil. Bir müddət əvvəl İranın xarici işlər nazirinin Azərbaycana səfəri də İsrail XİN tərəfindən şərh edilməmişdi. Çünki normalda belə olmalıdır. 

Ayrıca qeyd etmək lazımdır ki, İsrailin müdafiə naziri Azərbaycanda jurnalistlər qarşısında və ya keçirdiyi görüşlərdə İran əleyhinə heç bir açıqlama verməyib. Beləliklə bu və ya başqa ölkənin rəsmilərinin Azərbaycana səfəri zamanı xüsusilə İranın adı belə çəkilmirsə, bu səfəri şərh etmək İranın həddinə deyil.

İsrailin müdafiə nazirinin səfəri Azərbaycan və İsrail arasındakı ikitərəfli münasibətlərə əsaslanıb və görüşlərdə də ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. 

Azərbaycan dəfələrlə vurğulayıb ki, İsrail – Azərbaycan dostluğu üçüncü ölkələrə qarşı yönəlməyib. 

İran hər dəfə İsrail və Azərbaycan dostluğundan mənfi mənalar çıxarmağa çalışır və bunun nəticələri də heç vaxt İran üçün müsbət olmur”. 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu